​Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək

​Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək Məlumatı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb
Dağlıq Qarabağ münaqişəsi
13 Yanvar , 2015 09:56
​Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək

Bakı. 13 yanvar. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq yanvarın 14-də Füzuli rayonunun Horadiz kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Piter Svedberq keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Jiri Aberle və Saymon Tiller keçirəcəklər.

Son xəbərlər

Orphus sistemi