Prezidentin köməkçisi vasitəçilik funksiyasını həyata keçirən dövlətləri birtərəfli açıqlamalardan çəkinməyə çağırıb

Prezidentin köməkçisi vasitəçilik funksiyasını həyata keçirən dövlətləri birtərəfli açıqlamalardan çəkinməyə çağırıb “Vasitəçilik funksiyasını həyata keçirən bütün dövlətlər birtərəfli açıqlamalardan çəkinməlidir. Birtərəfli açıqlamaların verilməsi bu danışıqlar prosesinə və vasitəçilik missiyalarına xələl gətirə biləcək hallardır”.
Qarabağ
3 Oktyabr , 2020 17:24
Prezidentin köməkçisi vasitəçilik funksiyasını həyata keçirən dövlətləri birtərəfli açıqlamalardan çəkinməyə çağırıb
Hikmət Hacıyev

“Vasitəçilik funksiyasını həyata keçirən bütün dövlətlər birtərəfli açıqlamalardan çəkinməlidir. Birtərəfli açıqlamaların verilməsi bu danışıqlar prosesinə və vasitəçilik missiyalarına xələl gətirə biləcək hallardır”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Fransa prezidenti Emanuel Makronun danışıqlar prosesinin yeni formata keçirilməsi ilə bağlı təklifinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, danışıqlar missiyasının mahiyyəti olduğu kimi qalır:

“Əvvəl hətta xarici işlər nazirlərinin görüşlərinin keçirilməsi barədə təkliflər də vardı. Azərbaycan tərəfi də bu məsələlərə bu və ya digər formada baxa bilər. Ancaq, ilk növbədə, Azərbaycanın işğal olunmuş ərazilərinin işğaldan azad olunması istiqamətində səylər səfərbər olunmalıdır ki, Ermənistan tərəfindən Azərbaycanın işğalına son qoyulsun”.

Son xəbərlər

Orphus sistemi