"Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyükdür, vətənpərvər xalqdır. 30 ilin əzabları, ümidsizliyi xalqımızı sındırmadı, əksinə, biz daha da gücləndik, özümüzü toparladıq. Dedik ki, düşməni ərazilərimizdən qovacağıq",
"Report" xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.
"27 sentyabrda nə baş verib, bunu tarixçilər deyəcək. Artıq Azərbaycan xalqının səbri tükənib. Ermənistanın baş nazirinə son görüşdə demişdim ki, odla oynamayın. Siz Azərbaycan xalqını yaxşı tanımırsınız", - deyə dövlət başçısı qeyd edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edir.
"Report" xəbər verir ki, dövlət başçısı üç ölkə rəhbərinin iştirakı ilə imzalanmış sənədin mətnini açıqlayıb.
Sənədə əsasən noyabrın 10-u saat 00:00-dan etibarən Dağlıq Qarabağda hərbi əməliyyatlar dayandırılır.
Ağdam rayonu noyabrın 20-dən Azərbaycana qaytarılacaq.
Bir neçə dəqiqə sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edəcək.
"Report" xəbər verir ki, dövlət başçısının müraciəti AzTV vasitəsilə canlı yayımlanacaq.