​Müdafiə Nazirliyi: Akop Ambarsumyan adlı çobanın ölümünə Azərbaycan tərəfinin heç bir aidiyyəti yoxdur

​Müdafiə Nazirliyi: Akop Ambarsumyan adlı çobanın ölümünə Azərbaycan tərəfinin heç bir aidiyyəti yoxdur "Ermənilərdən fərqli olaraq Silhalı Qüvvələrimiz beynəlxalq humanitar hüququn prinsip və normalarına riayət edir"
Qarabağ
12 Fevral , 2016 12:49
​Müdafiə Nazirliyi: Akop Ambarsumyan adlı çobanın ölümünə Azərbaycan tərəfinin heç bir aidiyyəti yoxdur

Bakı. 12 fevral. REPORT.AZ/ "Ermənilərin növbəti dəfə Azərbaycan Silahlı Qüvvələrini mülki əhaliyə atəş açmaqda günahlandırmağa cəhd göstərməsi düşmən tərəfdə mövcud gərgin daxili kriminal vəziyyətin gizlədilməsinə hesablanmış addımdır".

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. 

Nazirlikdən bildirilib ki, ermənilər yenə də həqiqətə uyğun olmayan məlumatlar yayırlar: "Dəfələrlə səsləndirilən fikri bir daha diqqətə çatdırırıq ki, ermənilərdən fərqli olaraq Silahlı Qüvvələrimiz beynəlxalq humanitar hüququn prinsip və normalarına riayət edərək heç vaxt dinc əhalini və mülki obyektləri atəşə tutmur.

Erməni tərəfinin yaydığı məlumatda diqqət çəkən məqamlardan biri də adı çəkilən kəndin qoşunların təmas xəttindən xeyli aralıda yerləşməsidir. Əminliklə bildiririk ki, Akop Ambarsumyan adlı şəxsin ölümünə Azərbaycan tərəfinin heç bir aidiyyəti yoxdur" - məlumatda qeyd olunub".

Son xəbərlər

Orphus sistemi