Nazir: "Yaxın vaxtlarda həmsədrlər regiona səfər edəcəklər"

Nazir: "Yaxın vaxtlarda həmsədrlər regiona səfər edəcəklər" Yaxın vaxtlarda ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər edəcəklər.
Qarabağ
15 Aprel , 2019 18:40
Nazir: Yaxın vaxtlarda həmsədrlər regiona səfər edəcəklər

"Yaxın vaxtlarda ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər edəcəklər". 

"Report"un Rusiya bürosu xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında deyib. 

"Bu yaxınlarda həmsədrlər əvvəlcə özləri görüşəcək və növbəti görüşlə bağlı təkliflərini verəcəklər. Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünə gəldikdə isə əvvəlcə xarici işlər nazirləri səviyyəsində görüş olacaq. Əgər görsək ki, hansısa problemli məsələ ortaya çıxır, onda ölkə liderlərinə məlumat veriləcək”, - nazir qeyd edib.

İqbal Rüstəmov

Son xəbərlər

Orphus sistemi