Milli Məclis sədrinin müavini: "Qarabağda separatçılıq olmasaydı, oradakı əhali Azərbaycanın tərkibində çox yaxşı yaşayardı"

Milli Məclis sədrinin müavini: "Qarabağda separatçılıq olmasaydı, oradakı əhali Azərbaycanın tərkibində çox yaxşı yaşayardı" Bakı. 7 may. REPORT.AZ/ “Dağlıq Qarabağda, Abxaziyada, Osetiyada münaqişələr həll edilərsə, vəziyyət tamamilə yaxşı olar. Sovet dövründə Dağlıq Qarabağın sosial-iqtisadi vəziyyəti qənaətbəxş idi. Qarabağ yüksək səviyyədə inkişaf etmiş əraziyə çevrilə bilər”.
Qarabağ
7 May , 2018 17:55
Milli Məclis sədrinin müavini: Qarabağda separatçılıq olmasaydı, oradakı əhali Azərbaycanın tərkibində çox yaxşı yaşayardı

Bakı. 7 may. REPORT.AZ/ “Dağlıq Qarabağda, Abxaziyada, Osetiyada münaqişələr həll edilərsə, vəziyyət tamamilə yaxşı olar. Sovet dövründə Dağlıq Qarabağın sosial-iqtisadi vəziyyəti qənaətbəxş idi. Qarabağ yüksək səviyyədə inkişaf etmiş əraziyə çevrilə bilər”.

“Report”un xəbərinə görə, bunu Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasında Milli Məclisin sədr müavini Valeh Ələsgərov deyib.

O bildirib ki, Dağlıq Qarabağda separatçılıq olmasaydı, Azərbaycanın tərkibində yüksək səviyyədə inkişaf edər və əhali çox yaxşı şəraitdə yaşayardı: “Qondarma Dağlıq Qarabağ Respublikasının rəhbərliyi elan edir ki, orada 41 min nəfər seçici var, amma ordunun təlimində qeyd edirdilər ki, təlimlərdə 44 min hərbçi iştirak edib. Bu necə ola bilər?”.

Son xəbərlər

Orphus sistemi