Elmar Məmmədyarov erməni jurnalistdən soruşub: “Ermənistan əsgərinin Azərbaycan ərazisində nə işi var?”

Elmar Məmmədyarov erməni jurnalistdən soruşub: “Ermənistan əsgərinin Azərbaycan ərazisində nə işi var?” “Dağlıq Qarabağ münaqişəsini dinc, siyasi-diplomatik yolla tənzimləmək vacibdir”.
Qarabağ
5 Aprel , 2019 11:10
Elmar Məmmədyarov erməni jurnalistdən soruşub: “Ermənistan əsgərinin Azərbaycan ərazisində nə işi var?”
Xarici işlər naziri Elmar Məmmədyarov / Report/ Firi Salim

Dağlıq Qarabağ münaqişəsini dinc, siyasi-diplomatik yolla tənzimləmək vacibdir”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldən Moskvaya gedən zaman təyyarədə Ermənistan KİV-in nümayəndələrinə açıqlamasında deyib. 

“Hamı nəticələrin müxtəlif olduğunun düşünür. Hərə öz tarixinə əsaslanıb, kimin günahkar, kimin isə doğru olduğunu deyir. Fikrimcə, 2016-cı ilin apreli bizə göstərdi ki, bölgəyə sülh hələ gəlmir”,- E.Məmmədyarov vurğulayıb.

O qeyd edib ki, münaqişənin dinc yolla tənzimlənməsi vacibdir: “Müharibə münaqişənin dinc yolla tənzimləməsinə qarşı ən böyük təhlükədir. Əlbəttə, başqa reallığın və yeni imkanların yaranması, münaqişəni iki xalqın həll etməsi üçün birmənalı şəkildə Ermənistan ordusu Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmalıdır”.

E.Məmmədyarov bildirib ki, Azərbaycan ərazisi hələ də Ermənistan hərbçilərinin işğalı altındadır. 

“Ermənistan vətəndaşı niyə hərbi xidməti Azərbaycan ərazisində keçir?”, - nazir erməni jurnalistlərə sual verib. 

Son xəbərlər

Orphus sistemi