Lavrov: “Qarabağda sülhün bərpasında Moskva ilə Bakının mövqeləri üst-üstə düşür”

Lavrov: “Qarabağda sülhün bərpasında Moskva ilə Bakının mövqeləri üst-üstə düşür” Rusiya Federasiyası ilə Azərbaycanın Qarabağda konfessiyalararası sülhün bərpası zərurəti ilə mövqeyi tamamilə üst-üstə düşür.
Qarabağ
21 Noyabr , 2020 18:56
Lavrov: “Qarabağda sülhün bərpasında Moskva ilə Bakının mövqeləri üst-üstə düşür”
Sergey Lavrov

Rusiya Federasiyası ilə Azərbaycanın Qarabağda konfessiyalararası sülhün bərpası zərurəti ilə mövqeyi tamamilə üst-üstə düşür.

“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Bakıda keçirdiyi mətbuat konfransında deyib.

“Əsas nəticə budur ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabrda əldə etdikləri razılaşmanın aktuallığı və alternativsizliyi tamamilə təsdiqlənib. Razılaşma Dağlıq Qarabağda qan tökülməsini dayandırdı. Azərbaycan Prezidenti bu gün birgə üçtərəfli bəyanatın bütün elementlərinin ardıcıl və vicdanla həyata keçirilməsinin zəruriliyinə xüsusi diqqət yetirdi” - deyə, o bildirib.

Nazir həmçinin bildirib ki, təmsil etdiyi ölkə beynəlxalq təşkilatların Dağlıq Qarabağdakı humanitar problemlərin nizamlanmasına fəal cəlb olunmasında maraqlıdır.

Son xəbərlər

Orphus sistemi