Yuxarı

Lavrov: “Qarabağ münaqişəsinin həlli ilə bağlı bir neçə mürəkkəb məsələ qalsa da, çoxuna dair razılıq əldə edilib“

Lavrov: “Qarabağ münaqişəsinin həlli ilə bağlı bir neçə mürəkkəb məsələ qalsa da, çoxuna dair razılıq əldə edilib“
Rusiya XİN başçısı Cənubi Qafqazda sülh,sabitlik və təhlükəsizliyin qorunmasını başlıca vəzifələrdən sayıb
© Courtesy İmage

Bakı. 3 aprel. REPORT.AZ/ “Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin fəal iştirtakçısıdır”.

“Report” Rusiya Xarci İşlər Nazirliyinin (XİN) sayıtna istinadən xəbər verir ki, bunu ölkə XİN-in başçısı Sergey Lavrov Rusiya ilə Ermənistan arasında diplomatik münasibətlərin 25-ci ildönümünə həsr edilən məqaləsində bildirib.

“ATƏT-in Minsk Qrupunun başqa həmsədrləri - ABŞ və Fransa ilə birlikdə tərəflərin münaqişəni aradan qaldırmasına yardım edirik.

Bir neçə mürəkkəb məsələ qalsa da, çoxuna dair razılıq əldə edilib. Ancaq heç şübhəsiz nəticə ilk növbədə tərəflərin siyasi iradəsindən, bu istiqamətdə səylərindən və güzəştlər etməyə hazırlığından asılıdır”, - deyə Sergey Lavrov vurğulayıb.

Rusiya XİN başçısı Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin qorunmasını başlıca vəzifələrdən sayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi