İspaniya XİN: Dağlıq Qarabağda keçirilməsi nəzərdə tutulan “parlament seçkiləri”ni tanımırıq

İspaniya XİN: Dağlıq Qarabağda keçirilməsi nəzərdə tutulan “parlament seçkiləri”ni tanımırıq “Həmin “seçkilər”in hər hansı bir etibarlılığı və legitimliyi yoxdur”
Qarabağ
2 May , 2015 11:23
İspaniya XİN: Dağlıq Qarabağda keçirilməsi nəzərdə tutulan “parlament seçkiləri”ni tanımırıq

Bakı. 2 may. REPORT.AZ/ İspaniya mayın 3-də Dağlıq Qarabağda keçirilməsi nəzərdə tutulan “parlament seçkiləri”ni tanımır. “Report”un məlumatına görə, bu barədə İspaniya XİN-in yaydığı bəyanatda bildirilib.

“2015-ci il mayın 3-də Dağlıq Qarabağda keçirilməsi nəzərdə tutulmuş “parlament seçkiləri” ilə əlaqədər, İspaniya xatırladır ki, həmin “seçkilər”in hər hansı bir etibarlılığı və legitimliyi yoxdur. Bu ərazinin ayrılması güc tətbiq etmənin nəticəsidir, beynəlxalq hüquqa ziddir və Azərbaycan tərəfindən tanınmayıb”, - bəyanat sənədində vurğulanıb.

“İspaniya hökuməti, bu fürsətdən istifadə edərək, hər iki tərəfi, danışıqlarda hazırkı status-kvoya son qoymağa və Dağlıq Qarabağ münaqişəsinin siyasi və davamlı həllinin tapılması məqsədilə BMT Nizamnaməsi və Helsinki Yekun Aktının əsas prinsiplərinin tətbiqi əsasında regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edən danışıqların davam etdirilməsinə çağırır”, - bəyanatda bildirilib.

Son xəbərlər

Orphus sistemi