İlham Əliyev: "Ermənistan rəhbərliyi özünü düşük kimi aparır"

İlham Əliyev: "Ermənistan rəhbərliyi özünü düşük kimi aparır" “Bu gün artıq özünü dilənçi, lap düşük kimi, bağışlayın ifadəmə görə - amma onlar hər bir ifadəyə layiqdirlər – aparan Ermənistan rəhbərliyi gecə-gündüz bütün beynəlxalq təşkilatlara zəng edir, məktublar göndərir, bəyanatlar verir ki, niyə səsinizi çıxart
Qarabağ
20 Oktyabr , 2020 16:32
İlham Əliyev: Ermənistan rəhbərliyi özünü düşük kimi aparır
İlham Əliyev
0 : 00
0 : 00

“Bu gün artıq özünü dilənçi, lap düşük kimi, - bağışlayın ifadəmə görə, amma onlar hər bir ifadəyə layiqdirlər – aparan Ermənistan rəhbərliyi gecə-gündüz bütün beynəlxalq təşkilatlara zəng edir, məktublar göndərir, bəyanatlar verir ki, niyə səsinizi çıxartmırsınız. Onlar necə səsini çıxarda bilərlər? Onlar artıq bu qətnamələri, bu qərarları qəbul ediblər”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı deyib.

“Azərbaycan döyüş əməliyyatını beynəlxalq birlik tərəfindən tanınan öz ərazisində keçirir. Biz Ermənistan ərazisində hər hansısa əməliyyatlar keçirmirik. Bizim elə planlarımız yoxdur. Baxmayaraq ki, Gəncəni onlar Ermənistan ərazisindən bombalamışdılar – 2 dəfə. Biz onların yolu ilə cavab vermədik. Biz döyüş meydanında cavab verdik”, - ölkə başçısı vurğulayıb.

Son xəbərlər

Orphus sistemi