Hikmət Hacıyev: “Ermənistanın baş naziri yenidən yalan danışır”
Hikmət Hacıyev: “Ermənistanın baş naziri yenidən yalan danışır”Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter səhifəsində Ermənistanın əldə edilən humanitar atəşkəsi yenidən pozması ilə bağlı məlumat paylaşıb.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter səhifəsində Ermənistanın əldə edilən humanitar atəşkəsi yenidən pozması ilə bağlı məlumat paylaşıb.
“Ermənistanın baş naziri yenidən yalan danışır. Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi pozaraq saat 08:04-dən Tərtər rayonunu və kəndlərini atəşə tutmağa başlayıblar.
Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Ermənistan artilleriya və minaatanlarla saat 08:05-dən qüvvələrimizə hücum edir”.
PM of Armenia is lying over again. Since 08.04 armed forces of Armenia started shelling Tartar region and its villages in violation of humanitarian ceasefire. As reported by MOD Azerbaijan armed forces of Armenia with artillery and mine launchers attacking our forces since 08.05 pic.twitter.com/PJifjN0G4N