“Heritage Fondu”: Ermənistan döyüş meydanında qətiyyətlə məğlub olub

“Heritage Fondu”: Ermənistan döyüş meydanında qətiyyətlə məğlub olub “Qarabağ müharibəsində ən böyük məğlub Ermənistandır”.
Qarabağ
12 Noyabr , 2020 18:35
“Heritage Fondu”: Ermənistan döyüş meydanında qətiyyətlə məğlub olub

“Qarabağ müharibəsində ən böyük məğlub Ermənistandır”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu ABŞ-ın “Heritage Fondu”nun Beynəlxalq Əlaqələr üzrə direktoru Luke Coffey tvitter hesabında yazıb.

O, Ermənistanın döyüş meydanında qətiyyətlə məğlub olduğunu bildirib.

Ekspert torpaqlarını azad edən Azərbaycanın ən böyük qalib olduğunu qeyd edib.

L.Coffey Rusiya və Türkiyənin qalib gəldiyini, İranın isə məğlub olduğunu hesab edir: “Rusiya bölgədə hərbi iştirakını artırıb. Türkiyə regiondakı geosiyasi balansı dəyişib. İran isə indi bölgədə yeni geosiyasi reallıqla qarşılaşmalı olacaq”.

Son xəbərlər

Orphus sistemi