Ermənistandan Dağlıq Qarabağa hərbçi daşıyan avtomobil aşıb, 4 əsgər ölüb - SİYAHI - ƏLAVƏ OLUNUB
Ermənistandan Dağlıq Qarabağa hərbçi daşıyan avtomobil aşıb, 4 əsgər ölüb - SİYAHI - ƏLAVƏ OLUNUBBakı. 7 noyabr. REPORT.AZ/ Ermənistan ordusunun 4 əsgəri avtomobil qəzasında ölüb.
Bakı. 7 noyabr. REPORT.AZ/ Ermənistan ordusunun 4 əsgəri avtomobil qəzasında ölüb.
“Report” “News.am”a istinadən xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan bildirib.
Hadisə noyabrın 7-də Gorus rayonu ilə Azərbaycanın işğal altındakı Qubadlı rayonu arasındakı avtomobil yolunda baş verib.
Ermənistan Müdafiə Nazirliyinə məxsus “KamAZ” markalı yük maşını yolun 39-cu km-də aşıb. Nəticədə 4 əsgər ölüb. Bunlar 1998-ci ildə anadan olmuş Ayrapet Nairyan, 1998-ci il təvəllüdlü Qrant Qasparyan, 1998-ci ildə anadan olmuş Edqar Unanyan və 1998-ci il təvəllüdlü David Melkonyandır. Onların hamısı 2017-ci ildə hərbi xidmətə çağırılanlardır.
Qəza nəticəsində yaralanan əsgərlərin sayı hələlik məlum deyil.
***
Ermənistan ordusuna məxsus avtomobilin qəzaya uğraması nəticəsində yaralanan əsgərlərin sayı məlum olub. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan “Facebook” səhifəsində yazıb ki, avtomobildəki 21 hərbçinin 19-u maşının yük yerində olub. Hadisə nəticəsində 4 əsgər ölüb. 8 əsgər isə yaralanıb.