Ermənistan MTX hərbçilərinin Qarabağdan silahla qaçdıqlarını təsdiqlədi

Ermənistan MTX hərbçilərinin Qarabağdan silahla qaçdıqlarını təsdiqlədi Hərbçi maşının ona məxsus olduğunu etraf etsə də,silah-sursatın avtomobinə atıldığını bildirib.
Qarabağ
30 Oktyabr , 2020 15:26
Ermənistan MTX hərbçilərinin Qarabağdan silahla qaçdıqlarını təsdiqlədi

Ermənistan Müdafiə Nazirliyi Hərbi Polisinin əməkdaşları ölkənin Sisian rayonu ərazisində hərbçinin idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobildə silah-sursat aşkar ediblər.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Hərbçi maşının ona məxsus olduğunu etraf etsə də, silah-sursatın "avtomobilinə atıldığını" bildirib.

Hazırda araşdırma aparılır.

Ermənistan Milli Təhlükəsizlik Xidməti bildirib ki, son zamanlar Qarabağdan Ermənistana qanunsuz olaraq silah-sursatın daşınması halları çoxalıb. Son günlər cinayət üzrə 3 şübhəli saxlanılıb.

Mütəxəssislər qeyd edib ki, bu kimi faktlar Azərbaycanın Qarabağ bölgəsinin işğal altında olan qismindəki erməni silahlılarının döyüşdən qaçdığını təsdiqləyir. Onlar qaçarkən özləri ilə birlikdə silah-sursat da aparırlar.

Son xəbərlər

Orphus sistemi