Gəncədə xilasetmə işlərinin görüntüləri

Gəncədə xilasetmə işlərinin görüntüləri Ermənistan silahlı qüvvələri növbəti dəfə Gəncəni atəşə tutublar.
Dağlıq Qarabağ münaqişəsi
48994
17 Oktyabr , 2020 11:19
Gəncədə xilasetmə işlərinin görüntüləri

Video əlavə olunub

07:32

Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini raket atəşinə tutması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb

"Report"un yerli bürosunun məlumatına görə, dağıntılar altından daha bir nəfərin meyiti tapılıb.

Düşmənin raket hücumu nəticəsində 40-dan çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri bu gün gecə saat 1 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutub.

03:20

Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini raket atəşinə tutması nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

"Report"un yerli bürosunun məlumatına görə, atəş nəticəsində həmçinin daha 35 nəfər xəsarət alıb.

Hazırda dağıntılar altında qalmış insanların xilas edilməsi əməliyyatı davam edir.

01:40

Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini raket atəşinə tutması nəticəsində bir neçə dinc sakin həlak olub.

"Report"un yerli bürosunun məlumatına görə, atəş nəticəsində mülki şəxslər həlak olub, habelə daha bir neçə nəfər yaralanıb. Raket atəşi bir sıra dağıntılara səbəb olub.

01:09

Ermənistan silahlı qüvvələri növbəti dəfə Gəncə şəhərini raket atəşinə tutublar.

“Report”un yerli bürosu xəbər verir ki, bir neçə dəqiqə əvvəl şəhərdə partlayış səsləri eşidilib.

İlkin məlumata görə, raketlərdən biri yaşayış evinə düşüb. Xəsarət alanlar, dağıntılar var.

Foto: Elçin Murad

Son xəbərlər

Orphus sistemi