Ermənistan hərbi vəziyyət rejimi və səfərbərlik elan edib
Qarabağ
- 27 sentyabr, 2020
- 09:06
Ermənistan hökuməti ölkə üzrə hərbi vəziyyət rejimi və ümumi səfərbərlik elan edib.
“Report” “Aysor”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
Sentyabrın 27-də Ermənistan hökumətinin iclası keçirilib. İclasda yaranmış vəziyyət müzakirə olunub. Paşinyan ölkə üzrə hərbi vəziyyət rejiminin tətbiqi və ümumi hərbi səfərbərlik elan olunduğunu vurğulayıb.
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki separatçı rejim də "hərbi vəziyyət rejimi" tətbiq edib və 18 yaşdan yuxarı əhalini hərbi səfərbərliyə çağırıb.
Qarabağda erməni sakinlər arasında vahimə yaranıb. Məktəblər qeyri-müəyyən müddətədək bağlanıb. Separatçıların başçısı erməniləri sakitləşdirməyə çalışan bəyanatla çıxış edib.
Son xəbərlər
17:59
Qvardiola Ruben Diaşın son durumunu açıqlayıb
Futbol17:52
Yaponiyada zəlzələ nəticəsində xəsarət alanların sayı doqquza çatıb - YENİLƏNİB
Digər ölkələr17:49
Prezidentin müsahibəsi Azərbaycanın bütün sahələrdə qazandığı uğurların təqdimatı oldu - RƏY
Daxili siyasət17:41
Yeni reallıqlar fonunda "Azadlığa Dəstək Aktı"na 907-ci düzəliş tamamilə ləğv edilməlidir – RƏY
Daxili siyasət17:37
"Memar Əcəmi" metrostansiyasının 4-cü çıxışı müvəqqəti bağlanacaq
İnfrastruktur17:37
"Zirə" heyətini Azərbaycan millisinin futbolçusu ilə gücləndirib
Futbol17:35
Hesablama Palatası Naxçıvan büdcəsinin planlaşdırılması ilə bağlı tövsiyələr verib
Maliyyə17:35
Bakı limanında son beş ildə 366 min TEU konteynerə yaxın yük aşırılıb
İnfrastruktur17:34