Yuxarı

Deputat İlham Əliyev və Nikol Paşinyanın Düşənbə danışığını şərh edib

Deputat İlham Əliyev və Nikol Paşinyanın Düşənbə danışığını şərh edib

Bakı. 29 sentyabr. REPORT.AZ/ “Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan görüşdə tərəflər danışıqları davam etdirmək qərarına gəldilər. Baxmayaraq ki, bundan əvvəl Ermənistan danışıqlarda özünün yaratdığı qondarma rejimin iştirakını tələb edirdi, ancaq Azərbaycanın prinsipial mövqeyi danışaqları əvvəlki formatda davam etdirməyə imkan verdi”.

Bunu “Report”a hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə deyib.

“Azərbaycanın öz ərazi bütövlüyünü heç vaxt güzəştə getməyəcəyi Ermənistana və bütün dünyaya bəyan oldu”, - deputat vurğulayıb.

Aydın Mirzəzadə

Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə

“Azərbaycan beynəlxalq hüquq normalarına və milli maraqlara zidd olan addımlara heç vaxt razı olmayacaq. Həmçinin Prezidentin nüfuzu, MDB-də onun fəaliyyətinin təqdir olunması istər-istəməz Ermənistanın mövqeyinə təsir edir”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi