Dağlıq Qarabağda erməni əsgəri giziri güllələyib, sonra intihar edib - YENİLƏNİB

Dağlıq Qarabağda erməni əsgəri giziri güllələyib, sonra intihar edib - YENİLƏNİB Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş Ermənistan əsgərinin ölüm səbəbi məlum olub.
Qarabağ
24 İyul , 2019 14:50
Dağlıq Qarabağda erməni əsgəri giziri güllələyib, sonra intihar edib - YENİLƏNİB

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş Ermənistan əsgərinin ölüm səbəbi məlum olub.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, Ermənistan İstintaq Komitəsi hadisə barədə açıqlama yayıb.

Komitənin İnformasiya və ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Naira Arutyunyan “Facebook” səhifəsində yazıb ki, 2019-cu il iyulun 23-də N saylı hərbi hissənin sıravi əsgəri Volodya Qaloyan döyüş postunda xidmət etdiyi hərbi hissənin baş gizirini öldürmək istəyib. V.Qaloyan “AK-74” markalı tabel avtomat silahdan baş gizirə bilərəkdən atəş açıb: “Ancaq ondan asılı olmayan səbəbdən cinayətini başa çatdıra bilməyib”.

Onun sözlərinə görə, V.Qaloyan avtomatını götürərək ərazini tərk edib: “İyulun 24-də səhər 04.20-də onun meyiti müşahidə məntəqəsindən 50 metr aralı alt çənə nahiyəsindən yaralanmış halda aşkarlanıb. Avtomatı da meyitin yanında olub”.

Lakin N.Arutyunyan baş gizirin durumu barədə məlumat verməyib.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd və özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb.


*** 11:18

Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni əsgəri ölüb.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, hadisə iyulun 24-də gecə saatlarında baş verib. 

2000-ci ildə anadan olan Volodya Qaloyan naməlum şəraitdə odlu silahdan açılan atəşdən ağır yaralanıb. O, aldığı yaradan ölüb. 

Hadisənin şəraiti və səbəbi araşdırılır.

Son xəbərlər

Orphus sistemi