"ATƏT Avropanın təhlükəsizliyi və sabitliyi üçün qurulmuş çox vacib beynəlxalq təşkilatdır".
"Report"un məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
Onun sözlərinə görə, ATƏT-in üzərinə düşən vacib vəzifələrdən biri də
"Təəssüflər olsun ki, uzun müddətdir problem öz həllini tapmayıb. Dağlıq Qarabağ münaqişəsinin həlli üçün parametrlər bəllidir. Həm BMT, həm ATƏT-in irəli sürdüyü parametrlər münaqişənin beynəlxalq hüquqa uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini nəzərdə tutur. Lakin hələ də Azərbaycan əraziləri işğaldan azad edilməyib. Ona görə də ATƏT-in bu istiqamətdəki fəaliyyəti bizi qane etmir. Amma münaqişənin həlli üçün ən önəmli mexanizm olan ATƏT-i dəstəkləyirik və Minsk qrupunun həmsədrlərinin həll yolunu tapacaqlarına ümid edirik", - E.Özoral qeyd edib.