Belçika Senatının sədri: "Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll olunmalıdır"

Belçika Senatının sədri: "Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll olunmalıdır" "Güzəştli həllərin əldə edilməsi üçün dəstək verməyə hazırıq"
Qarabağ
1 Noyabr , 2016 15:53
Belçika Senatının sədri: Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll olunmalıdır

Bakı. 1 noyabr. REPORT.AZ/ "Belçika hesab edir ki, Dağlıq Qarabağ kimi münaqişələr yalnız sülh yolu ilə həll olunmalıdır".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Yerevanda jurnalistlərə açıqlamasında Belçika Senatının sədri Kristin Defren deyib.

"Belçika bütün Avropada kompromisə getmə bacarığı ilə tanınır. Odur ki, güzəştli həllərin əldə edilməsi üçün dəstək verməyə hazırıq" - K.Defren bildirib.

Son xəbərlər

Orphus sistemi