Baş Nazirin müavini: "Paşinyan ağzına gələni danışır"

Baş Nazirin müavini: "Paşinyan ağzına gələni danışır" Azərbaycan ordusu istəsə Dağlıq Qarabağı işğaldan bir günə azad edər. Bir günə… Amma Prezident İlham Əliyev yenidən qan tökülməsini istəmir.
Qarabağ
25 Sentyabr , 2019 11:59
Baş Nazirin müavini: Paşinyan ağzına gələni danışır
Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Həsənov / Report / Firi Salim

"Azərbaycan ordusu istəsə Dağlıq Qarabağı işğaldan bir günə azad edər. Bir günə… Amma Prezident İlham Əliyev yenidən qan tökülməsini istəmir".

"Report"un xəbərinə görə, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Həsənov deyib.

Baş Nazirin müavini bildirib ki, torpaqlar işğaldan azad ediləcək: "Ermənistanda hakimiyyətə Nikol Paşinyan gəldi. Məsələnin müsbətə doğru həll ediləcəyinə ümidimiz artdı. Amma Paşinyan da ağzına gələni danışır. Hamı bilsin ki, dövlətimiz Dağlıq Qarabağı hər an işğaldan azad edə bilər. Biz o torpaqları işğaldan azad edəcəyik".

Ə.Həsənov xaricdəki mühacir azərbaycanlıları tənqid edib: "Mühacirlər ələ alınıb, Azərbaycana qarşı istifadə edilir. O insanlara qarşı susmaq lazım deyil. İnzibati tədbir görməklə tərbiyə mümkün deyil. Bu, daha çox ictimai qınaq səviyyəsində olmalıdır".

Son xəbərlər

Orphus sistemi