"Prezident İlham Əliyevi və Azərbaycan xalqını sülh naminə atdığı vacib addım münasibətilə təbrik edirəm".
Bunu "Report"a açıqlamasında Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauzer deyib.
O, münaqişəyə son qoyulması barədə razılığı böyük sevinc və rahatlıq hissi ilə qarşıladığını bildirib.
"Beləliklə, Azərbaycan Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu Azərbaycanın ərazisinə qaytarılması yolundadır. Məcburi köçkünlərin vətənlərinə qayıtmasına dair razılaşma çox vacib humanitar addımdır. İndi ümid etmək olar ki, bundan sonra Ermənistandan hərbi hücumlar olmayacaqdı. Ermənistana aydın olmalıdır ki, artıq qan tökülə bilməz. Yerevanda indi anlayış hökm etməlidir", - O.Hauzer vurğuayıb.