Yuxarı
    Bağlamaq

    Ali Baş Komandan: "Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq"

    Bakı. 11 yanvar. REPORT.AZ/ "Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq". 

    "Report"un məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bildirib.

    Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışarkən dövlət başçısı vurğulayıb ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq. 

    Prezident İlham Əliyev onu da qeyd edib ki, 2018-ci ildə hərbi sahədə böyük nailiyyətlər qazanılıb, uğurlu Naxçıvan əməliyyatı nəticəsində 11 min hektar torpağa tam nəzarət olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi