"Hazırda Avropa İnsan Hüquqları Məhkəməsinin gündəmində Azərbaycanla bağlı hər hansı ciddi məsələ yoxdur".
"Report" xəbər verir ki, bunu Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin sektor müdiri, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Avropa Məhkəməsində bütün dövlətlərlə münasibətdə şikayətlər olduğu kimi Azərbaycanla bağlı da şikayətlər var: "Bu, əsasən, şəxsi həyata hörmət, azadlıq və s. kimi hüquqlarla əlaqəlidir".
Ç.Əsgərov xatırladıb ki, Avropa Məhkəməsi "Çıraqov və başqaları Ermənistana qarşı" işi üzrə artıq qərar qəbul edib və