Yuxarı
    Bağlamaq

    Allahşükür Paşazadə: "İşğal edilmiş torpaqların qaytarılması prosesi başlamasa, yenidən qarşıdurma yarana bilər"

    Nə Azərbaycan, nə də Ermənistan xalqı köçəsi deyil
    © Report — Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə

    Moskva. 8 sentyabr. REPORT.AZ/ "Bu, hərbçilərin yox, din xadimlərinin görüşüdür. Mənfi hadisələr baş verirsə, bunun sülh yolu ilə həllinə çalışırıq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı din xadimləri bir sıra işlər görə bilər. Buna imkan da var".

    "Report"un Rusiya bürosu xəbər verir ki, bunu Moskvada Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, bütün ermənilərin katolikosu II Qaregin və Moskva və bütün Rusiyanın Patriarxı Kirill ilə keçirdiyi görüşdə deyib.

    "Dağlıq Qarabağ və ətraf 7 rayon işğal olunub. Bunlar Azərbaycan əraziləridir. Biz dövlət rəhbərlərinə müraciət etməliyik. Məsələnin sülh yolu ilə həllinə çağırış etməliyik. Milyonlarla insan öz yurd-yuvalarından qovulublar, insanlar öz ata-baba məzarlarını ziyarət edə bilmirlər. Müqəddəs yerlərə məscidlərə heyvanların buraxılması və o şəkildə saxlanılması yolverilməzdir. İmkan daxilində əvvəlcə Qarabağ ərazisinə daxil olmayan rayonlar Azərbaycana qaytarılmalıdır. Bununla bağlı proses başlanılmalıdır. Əgər bu proses başlamasa yenidən qarşıdurma yarana bilər", -deyə QMİ sədri bildirib. 

    "Biz görüş xatirinə görüşmürük. Ölkələrin rəhbərlərinə müraciət etməliyik ki, bu məsələnin həllində aktiv olsunlar. Çünki Azərbaycan Ermənistanla qonşu dövlətdir. Ona görə də sülh prosesinin əldə olunması vacibdir. Çünki nə Azərbaycan, nə də Ermənistan xalqı köçəsi deyil. Hər iki xalq bizim sülh çağırışlarımıza inanmalıdır. Biz görüşdən sonra bir kənarda dayanıb bir-birimizi günahlandıracağıqsa, onda heç bir nəticə olmayacaq", - deyə, A.Paşazadə əlavə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi