Aİ Qarabağ münaqişəsindən zərər çəkənlərə 3 milyon avro ayırıb

Aİ Qarabağ münaqişəsindən zərər çəkənlərə 3 milyon avro ayırıb Bu vəsait oktyabr ayının əvvəlindən etibarən ayrılan 900 min avroya əlavə olaraq nəzərdə tutulub.
Qarabağ
19 Noyabr , 2020 13:24
Aİ Qarabağ münaqişəsindən zərər çəkənlərə 3 milyon avro ayırıb
0 : 00
0 : 00

Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağ münaqişəsindən zərər çəkənlərə 3 milyon avro həcmində təcili yardım ayırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) bəyanatında deyilir.

“Avropa Komissiyası Dağlıq Qarabağ və ətrafındakı münaqişədən ən çox zərər görən mülki insanlara həyati vacib humanitar yardım göstərmək üçün əlavə 3 milyon avro ayırdığını elan edib. Bu vəsait oktyabr ayının əvvəlindən etibarən ayrılan 900 min avroya əlavə olaraq nəzərdə tutulub”, - bəyanatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi