ABŞ-ın Minsk qrupundakı həmsədri Dağlıq Qarabağa gəlib

ABŞ-ın Minsk qrupundakı həmsədri Dağlıq Qarabağa gəlib Amerikalı diplomat bölgədəki vəziyyətlə tanış olub
Qarabağ
5 Oktyabr , 2017 09:34
ABŞ-ın Minsk qrupundakı həmsədri Dağlıq Qarabağa gəlib

Bakı. 5 oktyabr. REPORT.AZ/ ABŞ-ın ATƏT-in Minsk qrupundakı yeni həmsədri Andrü Şofer Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, Xankəndində separatçı rejimin başçısı Bako Saakyanla görüşüb.

Amerikalı həmsədr bölgədəki vəziyyətlə tanış olub.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri oktyabrın 6-da Yerevanda, oktyabrın 7 -də isə Bakıda rəsmi görüşəcəklər. Diplomatların Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın dövlət başçısı Serj Sarqsyanın görüşünün gündəliyini müzakirə edəcəyi gözlənilir. 

Son xəbərlər

Orphus sistemi