Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) dünyanın müxtəlif ölkələrindən gələn qonaqların düzgün yönləndirilməsində könüllülərin rolu danılmazdır.
Əsasən gənclərdən ibarət həm yerli, həm də xarici könüllülər qonaqları hava limanında qarşılamaq, nəqliyyat və şəhər gəzmə əməliyyatları, hotellərə rahat yerləşmədə fəaliyyətlər icra etməklə yanaşı, COP29 məkanında Yaşıl və Mavi zonalarda da ciddi əmək sərf edirlər.
Qeyd edək ki, hazırda COP29 çərçivəsində 4 min 500 könüllü fəaliyyət göstərir. Onların əksəriyyəti gənc könüllülər olsa da, aralarında 72 yaşlı könüllü də var.
Könüllülərin həftəsonunda da aktiv fəaliyyətləri “Report”un obyektivinə belə yansıyıb:
FOTO: Vüqar Xanlarov, Məhəmməd Ağayev