Yalçın Rəfiyev Hindistan rəsmisi ilə COP29-u müzakirə edib
Yalçın Rəfiyev Hindistan rəsmisi ilə COP29-u müzakirə edibCOP29-un Baş danışıqçısı Yalçın Rəfiyevin başçılıq etdiyi nümayəndə heyəti Hindistanın Ətraf Mühit, Meşə Təsərrüfatı və İqlim Nazirliyinin katibi Leena Nandan ilə görüş keçirib.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Baş danışıqçısı Yalçın Rəfiyevin başçılıq etdiyi nümayəndə heyəti Hindistanın Ətraf Mühit, Meşə Təsərrüfatı və İqlim Nazirliyinin katibi Leena Nandan ilə görüş keçirib.
"Report" xəbər verir ki, bu barədə COP29-un rəsmi "X" hesabında paylaşım edilib.
Bildirilib ki, tərəflər BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) çərçivəsində COP29-la bağlı müzakirələr aparıblar.
Today, members of Azerbaijan’s @COP29_AZ team headed by Chief Negotiator H.E. Mr. Yalchin Rafiyev @YalchinRafiyev met with H.E. Mrs. Leena Nandan, Secretary of the Ministry of Environment, Forestry and Climate Change @moefcc and her team where the sides discussed a range issues… pic.twitter.com/8KqFgBQck2