Yalçın Rəfiyev: "Azərbaycan iqlimə dair müzakirələrdə irəliləyişə nail olmaq üçün ideal mövqedədir"

Yalçın Rəfiyev: "Azərbaycan iqlimə dair müzakirələrdə irəliləyişə nail olmaq üçün ideal mövqedədir" Dünyanın tanınmış multikulturalizm mərkəzlərindən biri olan, Şimal ilə Cənub, Qərb və Şərq arasında körpülər qurmaq məqsədilə əlaqələrindən istifadə edən Azərbaycan COP29-da iqlimə dair müzakirələrdə nəzərəçarpacaq irəliləyişə nail olmaq üçün inklüziv müz
COP29
20 Fevral , 2024 14:28
Yalçın Rəfiyev: Azərbaycan iqlimə dair müzakirələrdə irəliləyişə nail olmaq üçün ideal mövqedədir

Dünyanın tanınmış multikulturalizm mərkəzlərindən biri olan, Şimal ilə Cənub, Qərb və Şərq arasında körpülər qurmaq məqsədilə əlaqələrindən istifadə edən Azərbaycan COP29-da iqlimə dair müzakirələrdə nəzərəçarpacaq irəliləyişə nail olmaq üçün inklüziv müzakirələrə töhfə vermək məsələsində ideal mövqeyə malikdir.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci və 29-cu sessiyalarına həsr olunmuş yüksək səviyyəli dəyirmi masada çıxışı zamanı deyib.

“COP-un sədrliyini qəbul edərkən biz sizin işinizə görə son dərəcə minnətdarıq və hamınızla möhkəm əlaqələr qurmağa sadiqik. COP28-də biz gələcək üçün böyük seçimlər etdik. Azərbaycanın COP29-a ev sahibliyi etməsi bizi şərəfləndirir və üzərimizə düşən böyük məsuliyyəti dərk edirik”, - o bildirib.

Nazir müavini vurğulayıb ki, Azərbaycan COP29 zamanı Dubayda əldə etdiyi nailiyyət gücləndirəcək və gələcək fəaliyyət üçün kollektiv çağırışlara arxalanaraq daha da irəliləyəcək.

Son xəbərlər

Orphus sistemi