Yalçın Rəfiyev: Azərbaycan COP29 çərçivəsində beynəlxalq əməkdaşlığa ümid edir

Yalçın Rəfiyev: Azərbaycan COP29 çərçivəsində beynəlxalq əməkdaşlığa ümid edir Azərbaycan COP29 çərçivəsində iqlim dəyişikliyi ilə mübarizənin həlli yollarını müəyyən etmək üçün beynəlxalq əməkdaşlığa ümid edir.
COP29
13 May , 2024 09:52
 Yalçın Rəfiyev: Azərbaycan COP29 çərçivəsində beynəlxalq əməkdaşlığa ümid edir

Azərbaycan COP29 çərçivəsində iqlim dəyişikliyi ilə mübarizənin həlli yollarını müəyyən etmək üçün beynəlxalq əməkdaşlığa ümid edir.

“Report” xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) baş danışıqçısı Yalçın Rəfiyev İkiillik şəffaflıq hesabatlarının hazırlanmasında potensialın gücləndirilməsinə dair seminarda deyib.

“İqlim məsələlərinin bir-biri ilə əlaqəli olduğunu qəbul etməklə yanaşı, hesab edirik ki, qlobal əməkdaşlıq və dialoq vasitəsilə beynəlxalq resurslarımızı artıra bilərik”, - o vurğulayıb.

Onun sözlərinə görə, COP29 dialoq üçün şəraitin yaradılmasına və bundan istifadə olunmasına imkan verəcək: “Bu zaman danışıqların qlobal perspektivləri əks etdirməsini, daha əhatəli və inklüziv nəticəyə gətirib çıxara bilməsini təmin etmək üçün Azərbaycanın strateji mövqeyindən istifadə ediləcək”.

Son xəbərlər

Orphus sistemi