XİN-in xüsusi tapşırıqlar üzrə səfiri UNOPS-in icraçı direktoru ilə görüşüb

COP29
  • 25 sentyabr, 2024
  • 19:52
XİN-in xüsusi tapşırıqlar üzrə səfiri UNOPS-in icraçı direktoru ilə görüşüb

Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov BMT-nin Layihə Xidmətləri İdarəsinin (UNOPS) icraçı direktoru Xorxe Moreyra da Silva ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə UNOPS rəhbəri sosial şəbəkədə bildirib.

“Azərbaycanın COP29-a sədrliyi ərəfəsində səfir Elşad İskəndərovu Nyu-Yorkdakı UNOPS ofisində qəbul etmək çox xoş idi. Biz bu mühüm məqamda iqlim fəaliyyətini formalaşdıracaq kritik qərarlara praktiki həllər təqdim etməyi səbirsizliklə gözləyirik”, – paylaşımda qeyd olunub.

Xatırladaq ki, daha əvvəl XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında BMT Baş Assambleyasının “Yüksək Səviyyəli Həftə”si çərçivəsində Azərbaycanın COP29 sədrliyinin ev sahibliyi ilə “İqlim, sülh və insan mobilliyi” mövzusunda yüksək səviyyəli dəyirmi masada iştirak edib.

Son xəbərlər

Bütün Xəbər Lenti