Vopke Hukstra: İstənilən iqlim fəaliyyəti elmdən başlayır

Vopke Hukstra: İstənilən iqlim fəaliyyəti elmdən başlayır İstənilən iqlim fəaliyyəti elmdən başlayır və Avropa İttifaqı buna əsaslanaraq elm sahəsinə vəsait ayırır.
COP29
10 Oktyabr , 2024 12:00
Vopke Hukstra: İstənilən iqlim fəaliyyəti elmdən başlayır

İstənilən iqlim fəaliyyəti elmdən başlayır və Avropa İttifaqı buna əsaslanaraq elm sahəsinə vəsait ayırır.

"Report" xəbər verir ki, bunu iqlim məsələləri üzrə Avropa komissarı Vopke Hukstra BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində keçirilən panel sessiyasında deyib.

"Biz həmçinin bir çox tərəflərlə, xüsusilə İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Qrupla birlikdə işləyərək iqlim elminə böyük maliyyə ayırmışıq və vurğulamaq istəyirik ki, bununla bütün beynəlxalq ictimaiyyət məşğul olmalıdır”, – o bildirib.

V.Hukstra qeyd edib ki, Avropa İttifaqı əhalinin dayanıqlığına və biznesin rəqabət qabiliyyətinə əsaslanaraq, 2040-cı ilə qədər istixana qazı emissiyalarını 90 faiz azaltmağı hədəfləyir.

“Biz nəinki bu iddialı yolda irəliləməyə davam etmək, həm də doğru istiqamətdə hərəkət etdiyimizə əmin olmaq üçün bütün dünya ictimaiyyəti ilə sıx əməkdaşlıq etmək istəyirik”, - o, sonda bildirib.

Son xəbərlər

Orphus sistemi