Vladanka Andreeva: BMT COP29-un iqlim dəyişikliyi ilə mübarizəyə dair ambisiyaları gücləndirəcəyinə ümid edir
- 17 may, 2024
- 07:57
Birləşmiş Millətlər Təşkilatı (BMT) ümid edir ki, Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) iqlim dəyişikliyi ilə mübarizəyə dair ambisiyaları gücləndirəcək.
"Report" xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva "Ambisiyanın artırılması, fəaliyyətin verilməsi: COP29 Davamlı Biznes Forumu"nda deyib.
"Lazımi tədbirləri görmək üçün bizə bütün güclər lazımdır. Təkcə iqlim məqsədlərinə deyil, həm də dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün bu vacibdir", - o bildirib.
V.Andreeva qeyd edib ki, belə məqsədlərə nail olmaqda özəl biznes də iştirak etməlidir: “Azərbaycan biznes və hökumət arasında uğurlu əməkdaşlıq baxımından beynəlxalq ictimaiyyətə nümunə ola bilər”.