ÜST nümayəndəsi: COP29 qlobal qərarların qəbulu baxımından mühüm hadisədir

ÜST nümayəndəsi: COP29 qlobal qərarların qəbulu baxımından mühüm hadisədir BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) qlobal qərarların qəbulu baxımından mühüm hadisədir.
COP29
20 İyun , 2024 18:13
ÜST nümayəndəsi: COP29 qlobal qərarların qəbulu baxımından mühüm hadisədir

BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) qlobal qərarların qəbulu baxımından mühüm hadisədir.

“Report” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı Bakıda “COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda 29-cu yüksək səviyyəli görüşdə panel müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, iqlim dəyişikliyi problemlərinin həlli böyük məsuliyyət tələb edir: “Hazırda daha bir çoxtərəfli qərar qəbul etmə prosesinə - COP29-a hazırlaşırıq. Söhbət, şübhəsiz ki, ekzistensial problemdən - iqlim dəyişikliyindən gedir. Amma bu dəfə qaçmağa və qapıları bağlamağa yerimiz yoxdur. Gedib yenidən başlaya biləcəyimiz başqa planet yoxdur”.

Son xəbərlər

Orphus sistemi