UNICEF təmsilçisi: Uşaqların 96 %-i çirklənmiş hava ilə nəfəs alır

UNICEF təmsilçisi: Uşaqların 96 %-i çirklənmiş hava ilə nəfəs alır Uşaqların 96 %-i çirklənmiş hava ilə nəfəs alır.
COP29
2 Oktyabr , 2024 12:15
UNICEF təmsilçisi: Uşaqların 96 %-i çirklənmiş hava ilə nəfəs alır

Uşaqların 96 %-i çirklənmiş hava ilə nəfəs alır.

"Report" xəbər verir ki, bunu UNICEF-in davamlılıq və iqlim üzrə regional məsləhətçisi Maria Osbek Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində ADA universitetində baş tutan "İqlim dəyişiklikləri və uşaqlarla bağlı yüksək səviyyəli milli tədbir" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, Avropa və Mərkəzi Asiyada 160 milyon uşaq iqlim dəyişmələrinin təsirlərinə görə yüksək və orta-yüksək olaraq təsnif edilib: "2021-ci ildə 6400 uşaq havanın çirklənməsi səbəbindən erkən yaşlarda ölüb. Onların 85 %-i bir yaşına çatmadan vəfat edib. Hər on uşaqdan biri çay daşqınları ilə üzləşmə riskindədir".

UNICEF rəsmisi bildirib ki, uşaqların 53 %-i su qıtlığına həssas ərazilərdə yaşayır.

M.Osbek iqlim dəyişmələri üzrə maarifləndirmə məsələsinə toxunaraq yaşıl keçid üçün bacarıqların, iqlimə davamlı təhsil sisteminin qurulmasını, daha yaşıl və təhlükəsiz qurğuların quraşdırılması və gənclərin rəhbərliyi ilə iqlim tədbirlərinin keçirilməsinin vacibliyini vurğulayıb.

Mütəxəssis həmçinin Azərbaycanın COP29-dakı təcrübəsinin dünyaya nümunə ola biləcəyini də söyləyib.

Son xəbərlər

Orphus sistemi