UNFCCC: Tərəfdaşımız olmayan qurumlar daha cəsarətli iqlim fəaliyyətinin böyük faydalarını yayırlar

UNFCCC: Tərəfdaşımız olmayan qurumlar daha cəsarətli iqlim fəaliyyətinin böyük faydalarını yayırlar BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) tərəfdaşı olmayan qurumlar daha cəsarətli iqlim fəaliyyətinin böyük faydalarını bütün ölkələrdə geniş yayırlar.
COP29
13 Noyabr , 2024 17:35
UNFCCC: Tərəfdaşımız olmayan qurumlar daha cəsarətli iqlim fəaliyyətinin böyük faydalarını yayırlar

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) tərəfdaşı olmayan qurumlar daha cəsarətli iqlim fəaliyyətinin böyük faydalarını bütün ölkələrdə geniş yayırlar.

"Report" xəbər verir ki, bunu noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş Qlobal İqlim Fəaliyyəti ilə bağlı sessiyada Konvensiyasının icraçı katibi Saymon Stil bildirib.

"Onlar hazır həlləri masaya gətirir, faktiki olaraq hər yerdə iqlim fəaliyyəti həyata keçirənlərin perspektivini göstərirlər. Konvensiyanın qeyri-tərəfdaşları masaya əlavə maliyyə dəstəyi də gətirə bilirlər. Onların çoxsəviyyəli fəaliyyətdə iştirakı çox təsirli olub. Bu, bütün dünyada hökumətlərin yaratdığı şəraitin konkret nəticəsidir. Maraqlı tərəflər qabaqcıl, real iqlim həlləri ilə cavab verir, maneələrlə üz-üzə gəlir", - deyə o qeyd edib.

İcraçı katib həmçinin əlavə edib ki, bütün dünyada bizneslər tədarük zəncirlərinə etibar edirlər, asılı olduqları iqtisadiyyatlar isə həmin zəncirləri təmin edə bilmirlər: "Halbuki, bizneslər tamamilə dayanıqlığa ehtiyac duyurlar. Təbiətə əsaslanan həllərə ehtiyacımız olduğu kimi, təbiət də effektiv iqlim tədbiri uğrunda mübarizəmizdə əsas müttəfiqdir. Meşələrin qırılmasının dayandırılması və bərpası, ekosistemlərin bərpası, qida ehtiyatımızı daha dayanıqlı və təbii dünyaya uyğunlaşdıracaq. İqlim dəyişikliyi sürətlidir. Xüsusilə bu il ən isti il hesab edilib, bir çoxumuzun getdikcə daha güclü fəlakətlər vasitəsilə təbiətin qəzəbinə tuş gəldiyi il olub. Bizə konvensiya tərəfdaşı olmayan qurumlar lazımdır".

Son xəbərlər

Orphus sistemi