UNFCCC: İqlim dəyişikliyinin fəsadları getdikcə daha çox investisiya tələb edir

UNFCCC: İqlim dəyişikliyinin fəsadları getdikcə daha çox investisiya tələb edir Son yüz ildə aparılan müşahidələr göstərir ki, iqlim dəyişikliyinin fəsadları özünü son dərəcə tez büruzə verir.
COP29
24 Avqust , 2024 11:19
UNFCCC: İqlim dəyişikliyinin fəsadları getdikcə daha çox investisiya tələb edir

Son yüz ildə aparılan müşahidələr göstərir ki, iqlim dəyişikliyinin fəsadları özünü son dərəcə tez büruzə verir.

“Report” xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Kommunikasiya şöbəsinin rəhbəri Aleksandr Sayer “29 İqlim Söhbəti: COP29-a gedən yol” adlı tədbir çərçivəsində COP29 üçün effektiv kommunikasiya strategiyalarına dair media seminarında bildirib.

“Əvvəllər iqlim dəyişikliyinə uyğunlaşmaq üçün ildə təxminən 100 milyard ABŞ dollarına ehtiyac olduğu müəyyən edilmişdi, lakin son illərdə əmin olduq ki, iqlim dəyişikliyi və onun fəsadları özünü daha sürətlə göstərir və getdikcə daha çox investisiya tələb edir”, - o qeyd edib.

A.Sayer əlavə edib ki, Bakıda keçiriləcək sessiya iqlim maliyyələşdirilməsi ilə bağlı məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb edəcək.

Son xəbərlər

Orphus sistemi