UNEP-in icraçı direktoru: Azərbaycan COP29 üçün böyük hazırlıq işləri görür

UNEP-in icraçı direktoru: Azərbaycan COP29 üçün böyük hazırlıq işləri görür Noyabrda Bakıda keçiriləcək COP29-un uğurla keçirilməsi üçün Azərbaycan çox böyük hazırlıq işləri görür.
COP29
27 İyun , 2024 13:34
UNEP-in icraçı direktoru: Azərbaycan COP29 üçün böyük hazırlıq işləri görür

Noyabrda Bakıda təşkil olunacaq COP29-un uğurla keçirilməsi üçün Azərbaycan çox böyük hazırlıq işləri görür.

“Report” xəbər verir ki, bunu BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Anderson ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayevlə birgə mətbuat konfransı zamanı deyib.

“UNEP Bakıda COP29-un uğurla keçirilməsini təmin etmək üçün bütün imkanlarından istifadə edəcək”, - o vurğulayıb.

İ.Andersen qeyd edib ki, ölkə iqlim böhranını aradan qaldırmaq üçün çox çalışır: “Azərbaycan bu məsələdə çox işlər görür. Mən Azərbaycanın təbiətini, sərvətlərini, biomüxtəlifliyini qorumaq üçün hansı addımlar atdığını gözlərimlə gördüm. Buna görə də biz bu liderliyə görə Azərbaycana minnətdarıq və bütün dünya sizin gözəl şəhərinizə toplaşdığı zaman COP29-u səbirsizliklə gözləyirik”.

İcraçı direktor vurğulayıb ki, BMT-nin Ətraf Mühit Proqramının əməkdaşları bu layihənin uğurunu təmin etmək üçün mümkün olan hər şeyi edəcək: “Biz danışıqlara hazırlaşmaq üçün 80-dən çox ölkə ilə çalışırıq. Biz bir çox ölkələrdə geniş layihələr portfeli ilə işləyirik. Təbii ki, biz burada - Bakıda qəbul edilməsi planlaşdırılan maliyyə paketinin qəbul edilməsini və ədalətli olmasını təmin etmək əzmindəyik”.

Qeyd edək ki, bu ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.

Son xəbərlər

Orphus sistemi