UNDP: Dünya üzrə rəqəmsal texnologiyalara əlçatanlığı artırmağa ehtiyac var

UNDP: Dünya üzrə rəqəmsal texnologiyalara əlçatanlığı artırmağa ehtiyac var Dünya üzrə rəqəmsal texnologiyalara əlçatanlığın artırılmasına ciddi ehtiyac var.
COP29
16 Noyabr , 2024 16:25
UNDP: Dünya üzrə rəqəmsal texnologiyalara əlçatanlığı artırmağa ehtiyac var

Dünya üzrə rəqəmsal texnologiyalara əlçatanlığın artırılmasına ciddi ehtiyac var.

"Report" xəbər verir ki, bunu BMT-nin İnkişaf Proqramının (UNDP) regional direktoru Steliana Nedera COP29 çərçivəsində təşkil olunmuş Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Yüksək Səviyyəli Dəyirmi Masada bildirib.

"Rəqəmsal ətraf mühit və landşaftın gücləndirilməsi mühüm əhəmiyyət kəsb edən məsələdir. Rəqəmsal dünya iqlim siyasətinin əsas təkanverici qüvvəsidir. Yaşıl erkən xəbərdarlıq sistemlərindən istifadə, karbon emisiyasının qeydiyyatı, karbon bazarlarına çıxış və bu bazarların idarə edilməsi, ağıllı kənd təsərrüfatı biliklərinin paylaşılması səviyyəsi ciddi narahat doğurur. Belə ki, dünya üzrə əhalinin 3,2 milyardının bu texnologiyalara çıxışı var. Bu mənada rəqəmsal texnologiyalara çıxış səviyyəsi mütləq şəkildə artırılmalıdır",- deyə o qeyd edib.

UNDP olaraq yaşıl rəqəmsal bəyannaməyə dəstəklərini ifadə edən S.Nedera, iqlim fəaliyyəti üzrə texnologiyaların və yaşıl şəhərlərin yaradılması prosesinin sürətləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi