Ulrix Lenarts: COP29 sədrliyi iqlim dəyişikliyi ilə mübarizəyə ciddi köklənib

Ulrix Lenarts: COP29 sədrliyi iqlim dəyişikliyi ilə mübarizəyə ciddi köklənib COP29 komandası iqlim dəyişikliyi ilə mübarizədə üzərinə düşəni yerinə yetirməyə çox ciddi köklənib.
COP29
22 May , 2024 11:53
 Ulrix Lenarts: COP29 sədrliyi iqlim dəyişikliyi ilə mübarizəyə ciddi köklənib

COP29 komandası iqlim dəyişikliyi ilə mübarizədə üzərinə düşəni yerinə yetirməyə çox ciddi köklənib.

“Report” xəbər verir ki, bunu Belçikanın Xarici İşlər, Xarici Ticarət və İnkişaf üzrə Federal Dövlət Xidmətinin ətraf mühit, iqlim siyasəti və əməkdaşlıq üzrə direktor müavini Ulrix Lenarts ADA Universitetində “COP29: İqlim üzrə fəaliyyət üçün imkanlar və çağırışlar. Avropa və regional perspektivlər” mövzusunda keçirilən tədbirdə deyib.

“Mart ayında nazirlər səviyyəsində görüşümüz olub. Biz sizin (COP29 komandasının) bu istiqamətdə hazırlığa nə qədər ciddi yanaşdığınızı görürük. Söhbət Azərbaycan hökumətinin hazırlığından gedir. Bu, həm də bütün ölkələri yeni iqlim məqsədlərinə çatmaq üçün hazırlamaq deməkdir. İkincisi, maliyyə məsələsi ilə bağlıdır. Tələb olunan maliyyə vəsaitinə yalnız dövlət və özəl maliyyələşdirməni, beynəlxalq və daxili resursları birləşdirməklə nail olmaq olar. Bu zaman imkanların dinamik və artan xarakteri də nəzərə alınmalıdır”, - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi