Qadın və uşaqların iqlim dayanıqlığı prosesinə daha fəal şəkildə cəlb edilməsi üçün xüsusi strategiyalar hazırlanır.
"Report" xəbər verir ki, bunu Türkiyənin təhsil naziri Yusuf Tekin COP29 çərçivəsində "Təhsilin yaşıllaşdırılması və iqlim dayanıqlılığı" mövzusunda yüksək səviyyəli paneldə çıxışı zamanı deyib.
O bildirib ki, Türkiyədə yeni tədris proqramına iqlim dəyişikliyi, ətraf mühit və davamlı inkişaf mövzularının daxil edilib:
"Bu dərslər vasitəsilə şagirdlərdə həm ekoloji problemlər haqqında məlumatlılıq yaratmaq, həm də bu sahədə innovativ həllər hazırlamaq qabiliyyətini inkişaf etdirmək məqsədilə mühüm addımlar atılır".
Türkiyəli nazir eyni zamanda diqqətə çatdırıb ki, təhsil proqramlarında ətraf mühit təhsili, iqlim dəyişikliyi, yaşıl texnologiyalar, innovativ həllər və yaşıl iqtisadiyyat mövzuları əsas yer tutur:
"Proqramda xüsusilə, qadın və uşaqların rolunu artırmaq, onları iqlim dayanıqlığı prosesinə daha fəal şəkildə cəlb etmək üçün xüsusi strategiyalar hazırlanır.
Bununla yanaşı, yaşıl iqtisadiyyata keçidi dəstəkləyən təhsil strategiyaları, ekoloji sektorlarda işçi qüvvəsinin bacarıqlarını artırmaq və rəqəmsal transformasiya mövzuları üzərində də iş aparılır".