Tanya Fayon: Azərbaycan COP29-u yüksək səviyyədə keçirib

Tanya Fayon: Azərbaycan COP29-u yüksək səviyyədə keçirib Azərbaycan COP29 iqlim konfransını yüksək səviyyədə təşkil edib.
COP29
17 aprel 2025 13:38
Tanya Fayon: Azərbaycan COP29-u yüksək səviyyədə keçirib

Azərbaycan COP29 iqlim konfransını yüksək səviyyədə təşkil edib.

“Report” xəbər verir ki, bu barədə Sloveniyanın xarici işlər naziri Tanya Fayon Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Sloveniya elm, təhsil, turizm də daxil olmaqla bir sıra sahələrdə Azərbaycanla əməkdaşlıqda maraqlıdır.

"Paralel olaraq biznes forum keçirilir və artıq səsləndirildiyi kimi, bəzi müqavilələr artıq imzalanıb. Biz həmçinin kosmik texnologiyaların istifadəsi, çay hövzələrinin dayanıqlı idarə edilməsi və iqlim dəyişikliyinə uyğunlaşma məsələlərini müzakirə etdik", - T.Fayon qeyd edib.

Nazir hər iki ölkənin iqlim risklərinə məruz qaldığını vurğulayıb.

"Bu yaxınlarda iqlim sammitini uğurla təşkil etməsi münasibətilə Bakını təbrik edirəm. Lakin gələcəkdə ekstremal hava hadisələrinə daha yaxşı müqavimət göstərmək üçün iştirakımızı davam etdirməli və iddialı olmalıyıq", - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi