Tacikistan parlamentinin sədri: COP29 milli, regional və qlobal əməkdaşlıq mexanizminin formalaşmasına kömək edəcək

Tacikistan parlamentinin sədri: COP29 milli, regional və qlobal əməkdaşlıq mexanizminin formalaşmasına kömək edəcək COP29 çərçivəsində qəbul edilən qərarlar milli, regional və qlobal əməkdaşlıq mexanizminin formalaşmasına kömək edəcək.
COP29
16 Noyabr , 2024 12:44
Tacikistan parlamentinin sədri: COP29 milli, regional və qlobal əməkdaşlıq mexanizminin formalaşmasına kömək edəcək
Mahmadtoir Zokirzoda

COP29 çərçivəsində qəbul edilən qərarlar milli, regional və qlobal əməkdaşlıq mexanizminin formalaşmasına kömək edəcək.

"Report" xəbər verir ki, bunu Tacikistan Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda COP29-un Yaşıl Zonasında keçirilən Parlament Görüşündəki "İqlim dəyişikliyinin real təsirini anlamaq" adlı sessiyada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, iqlim dəyişmələrinə qarşı həssas qalan Tacikistanın dayanıqlı inkişaf məqsədlərinə nail olmaqda ciddi maneələr var:

"Buna əsas səbəb buzlaqların sürətlə əriməsidir. Bərpaolunan enerji resursları və yaşıl enerjidən istifadə mütləqdir. Bunlardan səmərəli istifadə ilə istixana qazlarının azaldılması baxımından səmərəli nəticə əldə edilə bilər. 2032-37-ci ilə qədər Tacikistan enerji istehsalını bərpaolunan enerji ilə əvəzləmək və tamamilə yaşıl ölkəyə çevirmək niyyətindədir. Ölkədə elektrik enerjisinin təxminən 98 %-i su elektrik enerjisindən istifadə ilə alınır".

Son xəbərlər

Orphus sistemi