Bakıdakı iqlim danışıqları kritik ikinci həftədədir və müraciətimiz belə olmalıdır: 1,5 dərəcə hədəfi hələ də əldə edilə bilər.
“Report” xəbər verir ki, bunu Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Boyan Kumer COP29 çərçivəsində yüksək səviyyəli iclasda bildirib.
Onun sözlərinə görə, iqlim böhranının mənfi təsirləri bütün dünyada getdikcə intensivləşir, buna görə də qətiyyətli addımları təxirə salmaq olmaz.
"Sloveniya 2023-cü ildə iqlim maliyyələşdirməsini təxminən 40 % artırıb. Buna səbəb inkişaf etməkdə olan ölkələrdə iqlim fəaliyyətlərinin maliyyələşdirilməsinin əhəmiyyətini və həmrəylik ehtiyacını başa düşməyimizdir. Uyğunlaşma maliyyəsini ikiqat artırmaq öhdəliyinə əməl edərək, biz Yaşıl İqlim Fonduna töhfəmizi 150 % artırmağı öhdəmizə götürdük. Bundan əlavə, İtki və Zərər Fondunu dəstəkləyəcəyik. Biz qəbul edirik ki, iqlim böhranı həm də təhlükəsizlik məsələsidir", - o vurğulayıb.
B.Kumer, liderləri COP29-un konkret addımlara gətirib çıxarmasını təmin etməyə çağırıb.