Sinqapurlu nazir: İqlim dəyişikliyi məqsədlərinə yalnız beynəlxalq əməkdaşlıqla nail olmaq olar

Sinqapurlu nazir: İqlim dəyişikliyi məqsədlərinə yalnız beynəlxalq əməkdaşlıqla nail olmaq olar İqlim dəyişikliyi məqsədlərinə yalnız beynəlxalq əməkdaşlıqla nail olmaq olar.
COP29
10 Oktyabr , 2024 11:46
Sinqapurlu nazir: İqlim dəyişikliyi məqsədlərinə yalnız beynəlxalq əməkdaşlıqla nail olmaq olar

İqlim dəyişikliyi məqsədlərinə yalnız beynəlxalq əməkdaşlıqla nail olmaq olar.

"Report" xəbər verir ki, bunu Sinqapurun davamlılıq və ətraf mühit naziri Qreys Fu Hay Yen “Ambisiyanı artırmaq və iqlim fəaliyyətinə təkan vermək” mövzusunda keçirilən PRE-COP29 açılış mərasimində deyib.

Onun sözlərinə görə, Sinqapur üçün beynəlxalq əməkdaşlıq çox əhəmiyyətlidir: "Sinqapur bir sıra ölkələrlə karbon texnologiyası sahəsində sazişlər imzalayıb. Əlbəttə, bu layihələrin icrasında risklər də var. Amma bu layihələrin üstünlüklərini də yüksək qiymətləndiririk".

Nazir bildirib ki, innovativ maliyyələrin cəlbinə ehtiyac var: "Biz bu məsələdə israrlıyıq. Eyni zamanda karbonsuzlaşdırma layihələri ilə bağlı özəl şirkətləri də cəlb etməliyik".

Son xəbərlər

Orphus sistemi