Azərbaycanı gələn il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının - COP29-un 29-cu sessiyasına ev sahibliyi edəcəyi üçün təbrik edirik.
"Report"un Dubaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Seneqal Yaşıllar Partiyasının nümayəndəsi Baye Salla Mar deyib.
“Ümid edirəm ki, uzunmüddətli perspektivdə birgə səylər, böyük konfranslar vasitəsilə biz iqlim, maliyyə və bir çox başqa sahələrdə mühüm irəliləyişlər əldə edəcəyik”, - Baye Salla Mar bildirib.
O, həmçinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasına (COP28) ev sahibliyi etdiyi üçün BƏƏ-yə təşəkkürünü bildirib, COP28-in iştirakçısı olan ölkələrin “zərər və itkinin kompensasiyası Fondu” yaratmağa qərar verdiyini xatırladıb.
Qeyd edək ki, dekabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının - COP29-un 29-cu sessiyasının gələn il Azərbaycanda keçirilməsi rəsmən elan edilib.