BMT Baş katibinin müşaviri: G20 ölkələri qlobal enerji keçidinə rəhbərlik etməlidir

BMT Baş katibinin müşaviri: G20 ölkələri qlobal enerji keçidinə rəhbərlik etməlidir Qlobal emissiyaların 80 faizi və qalıq yanacaq istehsalının 70 faizdən çoxu G20 ölkələrinin payına düşür.
COP29
20 Fevral , 2024 15:38
BMT Baş katibinin müşaviri: G20 ölkələri qlobal enerji keçidinə rəhbərlik etməlidir

Qlobal emissiyaların 80, qalıq yanacaq istehsalının 70 faizindən çoxu G20 ölkələrinin payına düşür.

“Report” xəbər verir ki, bunu BMT Baş katibinin iqlim məsələləri üzrə müşaviri Selvin Hart “COP28-dən sonra: birləşmək, hərəkətə keçmək və BƏƏ-də əldə olunmuş konsensusu həyata keçirmək vaxtıdır” adlı yüksək səviyyəli dəyirmi masada bildirib.

O qeyd edib ki, bu ölkələr, eləcə də Beynəlxalq Enerji Agentliyinin (IEA) üzvləri 2050-ci ilə qədər xalis sıfıra nail olmaq üçün qalıq yanacaqları mərhələli şəkildə dayandıracaq qlobal enerji keçidinə rəhbərlik etməlidirlər: “Xalis sıfıra gedən yol bizə aydın yol xəritəsi verib. Yeni kömür şaxtaları, neft quyuları və ya qaz yataqları yoxdur. Bu, həm qalıq yanacaqların hasilatını, həm də istifadəsini azaltmaq deməkdir”.

S.Hart qeyd edib ki, bu cür layihələrin maliyyələşdirilməsinə də diqqət yetirilməlidir. Onun sözlərinə görə, "maliyyə arxitekturasını" düzəltmək üçün birgə ciddi səy göstərilməlidir. Bununla da, inkişaf etməkdə olan ölkələrin sürətlə maliyyə və texnologiyaya çıxış əldə edə bilmələri nəzərdə tutulub: “Ən böyük imkan və potensiala malik olan hər kəsi bu kritik onillikdə nümunə göstərməyə və 1,5°C hədəfinə uyğun olaraq qalıq yanacaqlardan necə imtina etməyi planlaşdırdığınızı açıq şəkildə bildirməyə çağırıram”.

Son xəbərlər

Orphus sistemi