Səfir: Rəsm sərgilərinin keçirilməsi iqlim məsələlərinə daha çox diqqəti cəlb edə bilər

COP29
  • 30 oktyabr, 2024
  • 13:35
Səfir: Rəsm sərgilərinin keçirilməsi iqlim məsələlərinə daha çox diqqəti cəlb edə bilər

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində azərbaycanlı rəssam Elnarə Nəsirlinin “Pıçıltılı meşə - səs haqqında elm” adlı rəsm sərgisinin keçirilməsi iqlim dəyişikliyi probleminə daha çox diqqəti cəlb edə bilər.

"Report" xəbər verir ki, bunu Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya mətbuat konfransında deyib.

"İstedadlı azərbaycanlı rəssamın sərgisi təbiət, ekologiya və iqlim haqqında danışacaq. Bu layihə üzərində işləyərkən müəllif COP29 ərəfəsində ekologiya və iqlim məsələlərinə diqqət çəkmək istəyib. Bu sərginin xüsusiyyəti ondan ibarətdir ki, bitkilər, ağaclar bizə səs vasitəsilə təqdim olunacaq. Azərbaycan və Latviyanın təbii gözəllikləri sərgidə nümayiş etdiriləcək", - diplomat bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti